Al Masirah: ABŞ Yəmənin Hodeydə əyalətinə silsilə zərbələr endirib
Nərmin Qocamanlı
ABŞ ordusu Yəmənin Hodeyda əyalətinə silsilə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə husilərə məxsus Al Masirah telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Qırmızı dəniz sahilində, eyniadlı əyalətin inzibati mərkəzi olan Hodeyda liman şəhərindən təxminən 70 kilometr cənubda yerləşən Et-Tukheita bölgəsində həyata keçirilib.
Hücumun nəticələri barədə məlumat verilməyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma