Menyu

Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi

Əziz Əzizli
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən mərasimdə ölkəsinin 6-cı nəsil döyüş təyyarələrinə keçid planını elan edib.

Operativ Media xəbər verir ki, Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri onun göstərişi ilə dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsinə keçəcək və bu təyyarə F-47 adlanacaq. Prezidentin sözlərinə görə, bu adı generallar seçiblər.

Dövlət başçısı yeni təyyarənin "Boeing" şirkəti tərəfindən istehsal ediləcəyini açıqlayıb:

"F-47 indiyə qədər hazırlanmış ən inkişaf etmiş, ən qabiliyyətli və ən təhlükəli təyyarə olacaq. Onun eksperimental versiyası təxminən 5 ildir ki, gizli şəkildə uçur. Biz bu təyyarələrdən ibarət yeni bir donanma quracağıq və onlar mənim rəhbərliyim dövründə – qarşıdakı bir neçə il ərzində havada olacaqlar."

Tramp F-47-nin bir çox yeni texnologiya ilə təchiz ediləcəyini vurğulayıb:

"Bu təyyarə dronlarla uçur, özü ilə çox sayda dron aparır. Bu, yeni bir texnologiyadır – istədiyimiz qədər dronla uçmaq imkanı yaradır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər