İstanbulda İraq Konsulluğuna silahlı hücum olub, şübhəlilər qaçıb
Əziz Əzizli
İraq Respublikasının İstanbuldakı Baş konsulluğuna motosikletlə gələn 2 şübhəli şəxs binaya atəş açıb.
Operativ Media xəbər verir ki, şübhəlilər hücumdan sonra hadisə yerindən qaçıblar. Hadisədə xəsarət alan olmayıb.
Bölgəyə polis qrupları göndərilib, binanın yerləşdiyi küçədə təhlükəsizlik tədbirləri görülüb. Şübhəlilərin saxlanılması üçün əməliyyat başladılıb.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, təhlükəsizlik qüvvələrinin məsələni ciddi şəkildə araşdırdığını, şübhəlilərin müəyyənləşdirilməsi üçün işlərin aparıldığını bildirib.
Keçeli qeyd edib ki, İraq rəsmiləri ilə mütəmadi əlaqə saxlanılır və İraqın Ankara, İstanbul və Qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net