Rusiyada koronavirus qurbanlarının xatirəsinə abidə ucaldılacaq
Əsəd Abbaslı
Sankt-Peterburqda koronavirus pandemiyasının qurbanlarının xatirəsinə abidə ucaldılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Krasnoqvardeyski rayon administrasiyasının rəhbəri Andrey Xort öz Telegram-kanalında məlumat yayıb.
Donmuş əbədi məşəldən ibarət heykəlin müəllifi Vladimir Brodarski onu tuncdan hazırlayacaq.
Postament üzərində qranitdən işlənmiş meridianlar və paralellər olan qlobus formasında düşünülüb.
Memorialın hündürlüyü dörd metrə çatacaq.
Konsepsiya tibb mütəxəssislərinin təsdiqini gözləyir. Müzakirələri aprel ayına planlaşdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net