Menyu

BMT: Martın 18-dən Qəzzadan 280 minə yaxın insan didərgin düşüb

BMT: Martın 18-dən Qəzzadan 280 minə yaxın insan didərgin düşüb

İsrailin martın 18-də anklavda hərbi əməliyyatları bərpa etməsindən sonra Qəzza zolağının 280 minə yaxın sakini yaşayış yerlərindən didərgin düşüb.

Operativ Media xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, martın 2-də elan edilən humanitar yardım və zəruri malların ölkəyə girişinin bloklanması əhalini yaşamaq hüququndan məhrum edir.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edərək anklava kütləvi zərbələr endirib. Bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər