Menyu

İtaliya hökuməti yeni təhlükəsizlik qanun layihəsini təsdiqləyib

Əziz Əzizli
İtaliya hökuməti yeni təhlükəsizlik qanun layihəsini təsdiqləyib

Baş nazir Meloninin sədrliyi ilə dünən axşam saatlarında toplantı keçirilib.

Operativ Media xəbər verir ki, nazirlər şurası təxminən 1,5 ildir parlamentin gündəmində müzakirə olunan təhlükəsizlik qanun layihəsinə dəyişiklik edilməsi haqqında fərmanı təsdiqləyib.

Təsdiq edilmiş qanun layihəsinə təhlükəsizlik qüvvələrinə hücum edənlərə qarşı cəzaların artırılması, təhlükəsizlik qüvvələrinin hüquqlarının qanuni müdafiəsi, haqsız və qeyri-qanuni zəbt edilmiş əmlakların tez bir zamanda təxliyəsinin asanlaşdırılması, yaşlılara qarşı dələduzluq üçün daha sərt cəzaların tətbiqi, stansiyalarda və metro dayanacaqlarında cibgirlik edənlərə qarşı cəzaların artırılması, həbsxanada hamiləlikdən yayınmaq üçün cəzaçəkmə müəssisəsi kimi istifadə edilməsinin qarşısının alınması kimi tədbirlər daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər