ABŞ rəsmiləri Parisdə Ukrayna böhranının həllini müzakirə edəcək
Əsəd Abbaslı
ABŞ Dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 16-18-də Fransanın paytaxtı Parisdə Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna böhranının həlli yollarını müzakirə edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Rubio və Uitkoff Parisdə Avropa tərəfdaşları ilə danışıqlar aparacaqlar. Məqsəd Prezident Trampın qarşıya qoyduğu hədəfə, qan tökülməsinin dayandırılmasına nail olmaqdır,”- o qeyd edib.
Görüşlər zamanı həmçinin regionda ortaq maraqların irəlilədilməsi yolları da müzakirə ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net