Zaxarova: Paşinyan Qələbə Paradında iştirak etməyi planlaşdırır
Əsəd Abbaslı
Ermənistanın Baş naziri Nikol Paşinyan 9 mayda Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub və tədbirdə iştirak etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Düşünürəm ki, bu, artıq məlum faktdır. Nikol Paşinyan MDB-nin digər liderləri ilə yanaşı, təntənəli tədbirlərə dəvət olunub və bizim başa düşdüyümüzə görə, gəlmək niyyətindədir, gəlməyi planlaşdırır”, - o vurğulayıb.
Zaxarova əlavə edib ki, bu məlumatın dəqiqləşdirilməsi üçün Ermənistan tərəfinə və Rusiya Prezident Administrasiyasının mətbuat xidmətinə müraciət olunmalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net