Menyu

Podolyak: Putinsiz danışıqların heç bir mənası olmayacaq

Əsəd Abbaslı
Podolyak: Putinsiz danışıqların heç bir mənası olmayacaq

"Ukrayna münaqişəsinin həlli üçün İstanbulda keçiriləcək danışıqlar Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak etməsə, mənasız olacaq".

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat müşaviri Mixail Podolyak bildirib.

“Əgər Putin sabah Türkiyədə keçiriləcək görüşdə şəxsən iştirak etməsə, bu danışıqların heç bir mənası olmayacaq”, - deyə rəsmi qeyd edib.

Podolyak xarici siyasətdə qərarlar qəbul etmək səlahiyyətinin yalnız dövlət başçısının olduğunu vurğulayıb və bu danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya liderinin köməkçisi Yuri Uşakovun statusunu şübhə altına alıb.

Bundan əlavə, Podolyak Moskvanı sülh danışıqlarına hazırlıq görüntüsü yaratmaqda ittiham edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər