Menyu

Türkiyədə kömür mədənində partlayış olub

Əsəd Abbaslı
Türkiyədə kömür mədənində partlayış olub

Türkiyənin Sivas şəhərində kömür mədənində partlayış olub.

Operativ Media “Haber Global”a istinadən xəbər verir ki, hadisə Zara rayonunda qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Partlayış yanğına səbəb olub. Sivas valiliyindən verilən məlumata görə, həm ölən, həm də xəsarət alanlar əcnəbilərdir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma başladılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər