Zelenski: İstanbul razılaşmasına əsasən dəyişdiriləcək məhbusların siyahısını hələ Rusiyadan almamışıq
Əsəd Abbaslı
"İstanbul danışıqlarında əldə olunan razılaşmaya əsasən dəyişdiriləcək məhbusların siyahısını hələ Rusiyadan almamışıq".
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
Zelenski ənənəvi videomüraciətində Rusiya -Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Zelenski bildirib: "Biz mübadilə prosesini davam etdirə biləcəyimizə inanırıq. Bunun üçün hər şeyi edirik. Əgər ruslar bu cür humanitar məsələlərdə belə razılaşmalara əməl etməsələr, bu danışıqlar və diplomatiya üçün bütün beynəlxalq səylərə və xüsusən də ABŞ-ın səylərinə böyük şübhə yaradacaq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma