Bu ilin yanvar-oktyabr aylarında ölkədə 554,1 min kubmetr tikinti kərpicləri istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 9,6 faiz və ya 48,6 min kubmetr artıb.
Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 13,8 min kubmetr təşkil edib.