Menyu

Mikayıl Cabbarov BCG şirkəti ilə müzakirələr aparıb

Operativ Media
Mikayıl Cabbarov BCG şirkəti ilə müzakirələr aparıb

Azərbaycan "Boston Consulting Group"un (BCG) və və "BCG Henderson Institute" şirkətləri ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsirini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (WEF 2026) iştirak çərçivəsində BCG-nin vitse-sədri və "BCG Henderson Institute"un qlobal rəhbəri Nikolaus Lanq ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr apardıq",- nazir qeyd edib.

Əlaqəli Xəbərlər