"Ayntraxt Frankfurt"un məşqçisi: Bakıda yaxşı oyun sərgiləyə bilərik

Almaniyanın “Ayntraxt” komandası “Qarabağ”la matçda yaxşı oyun sərgiləyə bilər.
Operativ Media xəbər verir ki, bunu Frankfurt təmsilçisində baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.
Mütəxəssis Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
O, səfərə yaxşı hisslərlə yollanacaqlarını sözlərinə əlavə edib: “Bakıda yaxşı oyun sərgiləyə bilərik. Sabahkı görüşə köklənmişik. Düşünürəm ki, əlimizə düşən fürsətlərdən yararlanmalıyıq. Hücum futbolu oynamağa da hazırıq. Müdafiə haqqında çox düşünməyəcəyik. Turnirdə mübarizəni davam etdirmək üçün yaxşı şansımız var”.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək