Menyu

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib

Operativ Media
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib

Yanvarın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib.

Proqramda Azərbaycan və dünya klassik musiqisinin dəyərli nümunələri səsləndirilib. İfa olunan əsərlər sırasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən final səhnəsi, A.Məlikovun “Axırıncı aşırım” simfonik poeması, A.Əlizadənin “Muğamvari” IV simfoniyasının final hissəsi, S.Barberin məşhur “Adagio” əsəri xüsusi yer tutub.

Fotogalereya

Əlaqəli Xəbərlər