Menyu

ÇL: "Arsenal" 1/8 finala vəsiqəni təmin etdi

Operativ Media
ÇL: "Arsenal" 1/8 finala vəsiqəni təmin etdi

London "Arsenal"ı Çempionlar Liqasının cari mövsümündə 1/8 final mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Operativ Media xəbər verir ki, ötən gecə "topçular" Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun səfər matçında "İnter"i 3-1 hesabı ilə məğlub etməklə bu uğura imza atıblar.

Yeddi oyundan 21 xal toplayan londonlular 36 komandanın çıxış etdiyi turnirdə vahid liderdir. Əsas mərhələnin başa çatmasına cəmi 2 tur qaldığını nəzərə alsaq, heç bir komandanın ona çatması mümkün deyil.

Qeyd edək ki, 7-ci turun digər 9 matçı bu gün baş tutacaq.

Əlaqəli Xəbərlər