Menyu

SOCAR Ukrayna şirkəti ilə yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Operativ Media
SOCAR Ukrayna şirkəti ilə yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Ukraynanın "Naftogaz Group" şirkəti arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Naftogaz Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru (CEO) Sergeу Koretski ilə görüş keçirdim. Müzakirələr zamanı əməkdaşlığın genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının araşdırılmasına sadiqliyimizi bir daha təsdiqlədik", - o qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər