Menyu

KİV: Səudiyyə Ərəbistanı klubu Vinisius üçün "Real Madrid"ə təxminən 230 milyon avro təklif edib

Operativ Media
KİV: Səudiyyə Ərəbistanı klubu Vinisius üçün "Real Madrid"ə təxminən 230 milyon avro təklif edib

Səudiyyə Ərəbistanı klubu hücumçu Vinisius üçün "Real Madrid"ə təxminən 230 milyon avro təklif edib.

Operativ Media xəbər verir ki, bu haqda "Indykaila News" məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu qarşı tərəfə 25 yaşlı futbolçunun qış transfer pəncərəsində satılmayacağını bildirib.

Vinisius 2018-ci ildən bəri "Real Madrid"də oynayır. O, "Los Blancos"la üç İspaniya liqası və iki Çempionlar Liqası titulunu qazanıb. Bu mövsüm braziliyalı Madrid klubunda bütün turnirlərdə 29 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Vinisiusun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" oyunçunun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər