Qırmızı bülletenlə axtarışda olan 9 cinayətkar Türkiyəyə gətirilib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
O bildirib ki, qırmızı bülletenlə milli və beynəlxalq səviyyədə axtarışda olan 9 cinayətkar Türkiyəyə gətirilib.
Almaniya, ABŞ, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, İran və Yunanıstandan olan cinayətkarların Türkiyəyə ekstradisiyasının təmin edildiyini bildirən Yerlikaya, xaricə qaçanların təqibinə ciddi surətdə baxdıqlarını və barələrində orderləri olduğunu qeyd edib.