Menyu

Mis filizləri və konsentratlarının ixracında artım müşahidə edilib

Operativ Media
Mis filizləri və konsentratlarının ixracında artım müşahidə edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən dəyəri 33,8 milyon ABŞ dolları dəyərində 17,7 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23 dəfə və ya 32,3 milyon dollar, həcm baxımından isə 24,3 dəfə və ya 17 min ton çoxdur.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkədən dəyəri 2,67 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,9 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 1,27 faizə bərabər olub.

Əlaqəli Xəbərlər