Paşinyana ermənicə salam verən səfirdən açıqlama
"Berlində DGAP təşkilatında Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatıldım. Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım".
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz "X" hesabında bildirib.
O qeyd edib ki, sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamlayıb:
"Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlimələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlimələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək" - Nəsimi Ağayev bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Nasimi Ağayev Berlində keçirilən panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
— Operativ Media (@operativmedia) December 10, 2025
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, səfir Paşinyana "Almaniyaya xoş gəlmisiniz" deyib.
“Bu, bizim… pic.twitter.com/cJfUR8R6hs