Menyu

Kimlər faizsiz kredit ala biləcək? - VİDEO

Operativ Media
Kimlər faizsiz kredit ala biləcək? - VİDEO

Azərbaycanda şəriətə uyğun maliyyə mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə start verilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsi artıq aidiyyəti dövlət qurumlarına təqdim olunub.

Operativ Media xəbər verir ki, layihə İslam bankçılığının təşkili, şəriət prinsiplərinə uyğun maliyyə məhsullarının tətbiqi və bu istiqamətdə normativ-hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutur.

Hazırda pilot layihə çərçivəsində iki bankda “İslam bankçılığı” fəaliyyət göstərir. Məqsəd bazarda bu cür məhsullara olan tələbatı qiymətləndirmək və gələcəkdə daha geniş tətbiq üçün hüquqi və institusional zəmin yaratmaqdır.

Daha ətraflı XəzərXəbər-in sujetində:

Əlaqəli Xəbərlər