İran-ABŞ danışıqlarının üçüncü raundu başa çatıb - YENİLƏNİB 2
ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyi etdiyi üçün İsveçrəyə təşəkkür edib.
19:56
Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başa çatıb.
Operativ Media xəbər verir ki, görüşün nəticələri barədə məlumat verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflər sanksiyalar və nüvə sənədlərinə dair praktik təşəbbüslər irəli sürdüyünü qeyd edib.
Onun sözlərinə görə, hər iki tərəf müzakirələrə ciddi yanaşıb.
13:10
İran və ABŞ arasında nüvə məsələsi üzrə dolayı danışıqların üçüncü raundu Cenevrədəki Omanın səfirliyində başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Borna" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, vasitəçi qismində Oman çıxış edir.
İran nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas AƏraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.