DİN: Bakıda insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 4

Nərmin Qocamanlı
DİN: Bakıda insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 4

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

***

15:12

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur

***

15:01

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

14:56

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Əlavə məlumat veriləcəkdir.

***

14:49

Bakı Dövlət Sirkinin yaxınlığında atışma baş verib.

"Operativ Media" xəbər verir ki, silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

 

Digər xəbərlər