Serbiya Respublikası Parlamenti Ana Trişiç Babiçi müvəqqəti prezident təyin edib və ilk dəfə olaraq sabiq prezident Milorad Dodikin Dövlət Məhkəməsinin qərarı ilə siyasətdən uzaqlaşdırıldıqdan sonra istefa verdiyini rəsmən etiraf edib.
Operativ Media xəbər verir ki, Dodikin yaxın müttəfiqi olan Trisiç Babiç noyabrın 23-də Serbiya Respublikasında keçiriləcək yeni prezident seçkilərinədək bu vəzifəni bir ay müddətində icra edəcək.
Parlament, həmçinin Dodikin beynəlxalq elçinin və Konstitusiya Məhkəməsinin qərarlarına məhəl qoymamaqda ittiham olunmasından sonra ötən il ərzində qəbul edilmiş bir sıra separatçı qanunları ləğv edib.