Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Əsəd Abbaslı
Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.