Menyu

Azərbaycan qazı və Orta Dəhliz: Avropanın enerji təhlükəsizliyində yeni perspektivlər - ŞƏRH

Operativ Media
Azərbaycan qazı və Orta Dəhliz: Avropanın enerji təhlükəsizliyində yeni perspektivlər - ŞƏRH

Azərbaycanın həm Ukrayna, həm də Avropa ölkələri ilə münasibətlərinin inkişafı hazırda xarici siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə Ukrayna ilə əlaqələr diqqət çəkir. Azərbaycan müharibə başlamazdan əvvəl də Ukrayna ilə yüksək səviyyəli siyasi dialoq qurmuş, əməkdaşlıq əlaqələrini inkişaf etdirmişdir. Humanitar yardımlar, eləcə də SOCAR-ın Ukraynadakı fəaliyyəti həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu münasibətlərin bundan sonra da dərinləşdiriləcəyi açıq şəkildə bəyan olunur.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Rasim Musabəyov deyib. 

O bildirib ki, bununla yanaşı, regionda mürəkkəb geosiyasi vəziyyət mövcuddur. Rusiya-Ukrayna müharibəsi və İranın Ukraynaya münasibəti fonunda Azərbaycan balanslı və praqmatik siyasət yürüdərək ikitərəfli faydaya əsaslanan əməkdaşlığı davam etdirir:

“Avropa istiqamətində isə Azərbaycan əlaqələrini daha da genişləndirir. Son dövrlərdə bir sıra Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri bunu təsdiqləyir. Bu çərçivədə Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Əsas diqqət enerji sahəsinə yönəlib. Azərbaycan qazı və neftinə maraq artır. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının da Azərbaycan üzərindən Avropaya çatdırılması perspektivi müzakirə olunur.

Eyni zamanda, Azərbaycan və Çexiya arasında hərbi sənaye sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Mövcud əməkdaşlığın daha da genişləndirilməsi gündəmdədir. Avropa Birliyindəki bürokratik prosedurlar bəzi məhdudiyyətlər yaratsa da, Azərbaycanın öz istehsal imkanları bu sahədə əlavə üstünlüklər yaradır.

Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq aktualdır. Xüsusilə Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizin inkişafı çərçivəsində Avropa ölkələrinin, o cümlədən Çexiyanın dəstəyi mühüm rol oynaya bilər".

Əlaqəli Xəbərlər