ACF kəmər dərəcələri üçün rəsmi imtahan elan edib
Operativ Media
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə mayın 3-də Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Operativ Media xəbər verir ki, imtahanda 7 yaşından yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər. Kəmər seçimi namizədlərin yaşına uyğun olaraq aparılacaq və sınağı uğurla keçənlərə ACF tərəfindən müvafiq kəmər və sertifikatlar təqdim olunacaq.
Nəzərə almaq lazımdır ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançılar yarışlara buraxılmayacaqlar. İmtahan Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq. Qeydiyyat ödənişlidir və iştirak etmək istəyənlər təmsil olunduqları idman təşkilatları vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər.