Menyu

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Operativ Media
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 29-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.

Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 mm-dir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər