Menyu

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

Operativ Media
Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında ilk medalçılar bəlli olub.

Operativ Media xəbər verir ki, Suqovuşanda keçirilən yarışda Azərbaycan da ilk medalını qazanıb. 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Əlimurad Hacızadə 2-ci yeri tutub. Maksim İvliyev (Özbəkistan) qızıl, Martin Vulf bürünc mükafata layiq görülüb.

Qaliblər medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər