Menyu

FIFA klublar üçün məcburi yerli oyunçu qaydasını müzakirə edib

Operativ Media
FIFA klublar üçün məcburi yerli oyunçu qaydasını müzakirə edib

Vankuverdə keçirilən konqres ərəfəsində toplaşan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Şurası, digər məsələlərlə yanaşı, klub komandalarına ciddi təsir göstərə biləcək yeni məcburi tələbin tətbiqi ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılmasını yekdilliklə bəyənib.

Operativ Media xəbər verir ki, futbol rəsmiləri dünyadakı bütün klubların əsas heyətlərində 20 (U-20) və ya 21 (U-21) yaşa qədər ən azı bir yerli (öz yetirməsi olan) futbolçunun meydana çıxmasını məcburi etmək ideyasını irəli sürüblər. Hazırda bu, yalnız bir niyyətdir və hələlik yekun qərar qəbul edilməyib. Belə bir məcburi tələbin tətbiqi ilə bağlı təklif gələn il keçiriləcək FIFA Şurasının iclasında müzakirəyə çıxarılacaq.

Əlaqəli Xəbərlər