Azərbaycan Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımının 105-ci ildönümü ilə bağlı "Twitter"də paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
"Ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız mart soyqırımının 105-ci ildönümündə sistemli etnik təmizləmə və nifrət siyasətinin günahsız qurbanlarının xatirəsini yad edirik.
Biz cəzasızlığa son qoymalı və ədaləti bərpa etməliyik ki, ən ağır cinayətlər cəzasız qalmasın!", - paylaşımda deyilir.