Ceyhun Bayramov Sibiqa ilə regional məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından məhsuldar adlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirərək, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair məhsuldar danışıqlar apardıq", - C.Bayramov vurğulayıb.
Bundan əlavə, nazirlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bağlayır", - Azərbaycanın XİN başçısı qeyd edib.