Romelu Lukaku "Fənərbaxça"ya keçidini şərh edib
Belçika millisinin hücumçusu Romelu Lukaku İtaliyanın "Napoli" klubundan Türkiyənin "Fənərbağça" takımına transfer olunması barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında yayımlanan müraciətində 33 yaşlı forvard bu klubun sıralarına qoşulmasının onun üçün böyük qürur olduğunu qeyd edib.
Belçikalı futbolçu uşaqlıq illərinin keçdiyi və atasının sayəsində peşəkar futbolla erkən yaşlarda tanış olduğu Türkiyəyə uzun illərdən sonra qayıtdığını vurğulayaraq, tamamilə hazır və motivasiyalı olduğunu bildirib.
Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm "Napoli"nin heyətində cəmi 7 matçda meydana çıxaraq 1 dəfə rəqib qapısına yol tapıb. O, cari ildə təşkil olunan dünya çempionatında isə keçirdiyi 6 qarşılaşmada 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.