Bakı küləyi "Formula 1" pilotlarını sınağa çəkəcək
Azərbaycan Qran-prisi həftəsonunda yağış və yüksək temperatur təhlükəsi olmasa da, güclü küləyin "Formula 1" pilotları üçün əsas çətinliklərdən birinə çevriləcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, Bakıdakı yarış həftəsonunda hava şəraiti komandaların və pilotların çıxışına təsir göstərə bilər. Hazırkı nəsil Formula 1 bolidlərinin ani külək dəyişikliklərinə həssas olması səbəbindən güclü küləyin trasdakı vəziyyətə təsir edəcəyi bildirilir.
Cümə axşamı havanın əsasən parçalı buludlu və 30°C ətrafında olacağı proqnozlaşdırılır. Gün ərzində küləyin sürətinin 17 km/saat, gecə isə 50 km/saata çatacağı gözlənilir.
Cümə günü temperaturun 25°C-yə enəcəyi, küləyin isə həftəsonunun ən güclü həddinə çatacağı qeyd olunur. Şimal istiqamətindən 40-55 km/saat sürətlə əsəcək küləyin trasdakı şəraitə birbaşa təsir göstərəcəyi gözlənilir.
Yarışın keçiriləcəyi şənbə günü isə əsasən günəşli hava və 27°C temperatur proqnozlaşdırılır. Küləyin sürətinin 15-30 km/saatadək azalacağı, lakin onun yarışa təsirinin davam edəcəyi bildirilir.
dəqiqələr içində saytın olsun.