Endrik qışda “Milan”a icarəyə gedə bilər
“Real Madrid”in futbolçusu Endrikin qış transfer pəncərəsində “Milan”a icarəyə keçməyə hazır olduğu bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Məlumata görə, 20 yaşlı braziliyalı daha çox oyun təcrübəsi qazanmaq məqsədilə İtaliya klubuna keçməyə razıdır. Bunun üçün “Real Madrid”in transferə razılıq verməsi tələb olunur.
“Calciomercato”nun məlumatına görə, Endrikin avqust ayında “Milan”a keçidi müzakirə edilib. Lakin həmin vaxt “Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo transferin qarşısını alıb.
Endrik 2024-cü ilin iyulundan “Real Madrid”də çıxış edir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Braziliyalı futbolçu 2025/26 mövsümündə icarə əsasında “Lion”da oynayıb. O, 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
dəqiqələr içində saytın olsun.