Menyu

İlham Zəkiyev beynəlxalq turnirdə bürünc medal qazanıb

Operativ Media
İlham Zəkiyev beynəlxalq turnirdə bürünc medal qazanıb
1 dəq oxu

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.

Əlaqəli Xəbərlər