Menyu

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Operativ Media
Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib
1 dəq oxu

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib.

Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb. Ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, keçdikləri şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq dərin ehtiramla anılıb.

Əlaqəli Xəbərlər