Menyu

Ərdoğan Niger Prezidenti ilə telefon danışığı aparıb

Nicat Hüseynli
Ərdoğan Niger Prezidenti ilə telefon danışığı aparıb
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niger Prezidenti Əbdürrəhman Tiani ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Danışıq zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin Nigerin ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyini ifadə edib, həmçinin regional dialoqun gücləndirilməsi üçün kömək göstərməyə hazır olduqlarını bildirib.

Əlaqəli Xəbərlər