Menyu

İran Hörmüz boğazı üzərindəki nəzarətindən imtina etməyəcəyini bəyan edib

Nicat Hüseynli
İran Hörmüz boğazı üzərindəki nəzarətindən imtina etməyəcəyini bəyan edib
1 dəq oxu

İran ABŞ-ın etirazlarına baxmayaraq, Hörmüz boğazı üzərindəki suverenliyindən güzəştə getməyəcəyini vəd edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İran rəsmiləri strateji su yolundan keçən bütün gəmilərin hərəkətlərini Tehranla razılaşdırmalı olduğunu bildirirlər. Əks halda, həmin gəmilərin qanuni hədəf hesab ediləcəyi barədə xəbərdarlıq edilir.

Tehran boğaz üzərindəki nəzarət məsələsində ABŞ ilə danışıqlar zamanı və müharibədən sonra da mövqeyini dəyişməyəcəyini vurğulayır.

Əlaqəli Xəbərlər