Menyu

İzmirdə fabrikdə baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb

Nicat Hüseynli
İzmirdə fabrikdə baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
1 dəq oxu

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda dəmir-polad fabrikində baş verən və 16 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı 6 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Hadisə “Habaş Demir Çelik” şirkətinin polad tökmə sexində baş verib.

Menemen Cümhuriyyət Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlanıldığını və dörd prokurorun təyin edildiyini açıqlayıb.

Hadisə yerində aparılan ekspertiza və araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 nəfər saxlanılıb. İstintaq davam etdirilir.

Əlaqəli Xəbərlər