Menyu

İrlandiya Aİ sammitləri zamanı 5 mindən çox polis əməkdaşı cəlb edəcək

Nicat Hüseynli
İrlandiya Aİ sammitləri zamanı 5 mindən çox polis əməkdaşı cəlb edəcək
1 dəq oxu

İrlandiya Dublində keçiriləcək Avropa İttifaqı və Avropa Siyasi Birliyinin sammitləri zamanı təhlükəsizliyi təmin etmək üçün 5 mindən çox polis əməkdaşını səfərbər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-13-də keçiriləcək görüşlər zamanı hər gün 1 000-ə yaxın silahlı polis əməkdaşı küçələrdə xidmət aparacaq.

Bundan əlavə, noyabrın 11-dən 14-dək Dublinin hava məkanında genişmiqyaslı məhdudiyyətlər tətbiq ediləcək.

Əlaqəli Xəbərlər