Menyu

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı məğlub edib

Operativ Media
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı məğlub edib
1 dəq oxu

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir. 

Operativ Media xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında "Şamaxı" "Turan Tovuz"u qonaq edib. Matç Kurban Berdıyevin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xallarının sayını 24-ə çatdıran Tovuz təmsilçisi turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Şamaxı" isə 14 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günə "Şəfa" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Əlaqəli Xəbərlər