Menyu

Azərbaycanlı cüdoçu dünya çempionatının finalına yüksəlib

Operativ Media
Azərbaycanlı cüdoçu dünya çempionatının finalına yüksəlib
1 dəq oxu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal uğrunda mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov finala yüksəlib. O, həlledici görüşdə Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə qarşılaşacaq.

100 kq-da mübarizə aparan Davud Namazlı isə təsəlliverici görüşdə Fransa cüdoçusu Qaya Sonntaqa ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Bundan əvvəl Ramazan Əhmədov 1/8 finalda monqolustanlı Temuulen Munxçuluunu, 1/4 finalda isə Niderland təmsilçisi Steyn Oldenhofu məğlub edib. Davud Namazlı isə 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova, 1/4 finalda özbəkistanlı Muxammadobid Maxmarayimova qalib gəlib. Yarımfinalda isə məğlub olub.

Digər təmsilçilərimizdən 90 kq-da Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb. Eyni çəkidə çıxış edən Aslan Kotsoyev əvvəlcə Dilşod Naşirovu məğlub etsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə yenilib.

100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı üstələyərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb. Final bloku saat 16:00-da başlayacaq.

Əlaqəli Xəbərlər