Menyu

"Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib

Operativ Media
"Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib
1 dəq oxu

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib.

Operativ Media-nın məlumatına görə, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gəlib.

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 12:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zəngəzur" qrupda növbəti matçlarını noyabrın 24-də Türkiyənin "İstanbul", 27-də isə Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.

Əlaqəli Xəbərlər