Menyu

Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub

Operativ Media
Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub
1 dəq oxu

Mədəniyyət naziri Adil Kərimli Yeni Delhidə keçirilən ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, söhbət zamanı Azərbaycan ilə Nepal arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.

Tərəflər mədəniyyət sahəsində əməkdaşlığa dair hüquqi bazanın yaradılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər