27 Aprel 2023, 10:34
MN: PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir - VİDEO
MN: PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir - VİDEO şəkil
MN: PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər.

Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb