02 May 2023, 10:03
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir - VİDEO
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir - VİDEO şəkil
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib. Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.

Son xəbərlər
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
"Bank Respublika" SMS bildirişə görə aylıq abunə haqqını 3 manata qaldırıb