http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

04 May 2023 , 18:01
Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla görüşüb. Görüş zamanı Türkiyə Respublikasının Hərbi Qanunvericiliyinin öyrənilməsi, bu istiqamətdə görüləcək birgə işlərin planlaşdırılması, eləcə də silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları və digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib. Səfər çərçivəsində, həmçinin azərbaycanlı nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

XƏBƏR LENTİ
  • 17:16

    Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək
  • 17:07

    Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
  • 17:02

    Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"
  • 16:54

    Gürcüstan baş naziri Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb
  • 16:53

    Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib
  • 16:48

    Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı
  • 16:44

    Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib
  • 16:35

    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
Menyu