Menyu

MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Nərmin Qocamanlı
MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Teqlər:

"MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub"

Əlaqəli Xəbərlər